İran məhsulları Rusiya mağazalar şəbəkəsinə daxil olub.
Manset.az Azadİran-a istinadən xəbər verir ki, Rusiyanın ən böyük mağazalar şəbəkəsindən birinə İranın ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı müqavilənin imzalanmasından sonra ixrac məshulları İran brendi adı altında Rusiyanın hər yerində satılacaq.
Qeyd edək ki, Rusiya tərəfindən Avropa İttifaqının ərzaq mallarına sanksiya tətbiq edildiyinə görə, İranın bir sıra şirkətləri kənd təsərrüfatı məhsullarının Rusiyaya idxal həcmini artırmağa çalışır.
Aygün
Manşet.az