Rusiyanın Taxıl Dəhlizi Sazişi ilə bağlı nazirdən AÇIQLAMA

18:04 - 21 İyul 2023

Rusiyanın Taxıl Dəhlizi Sazişi ilə bağlı nazirdən AÇIQLAMA

Rusiyanın Taxıl Dəhlizi Sazişi ilə bağlı nazirdən AÇIQLAMA

Misirin daxili ticarət və tədarük naziri Əli Əl-Moselhi Rusiyanın taxıl dəhlizi sazişini ləğv etmə qərarı ilə bağlı qiymətləndirmələr edib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir Əli Əl-Moselhi Rusiyanın taxıl dəhlizi sazişindən çıxmaq qərarından razı olmadıqlarını bildirib.

Onun sözlərinə görə Misir Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırır.

Misirin daxili ticarət və tədarük naziri ölkəsinin Ukraynadan taxıl idxalını davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalamışdı. Lakin Kremlin sözçüsü Dmitriy Peskov iyulun 17-də Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı açıqlama verərək, "Taxıl dəhlizi müqaviləsinin sona çatdığını bildirmişdi.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az