Fransanın mili aviadaşıyıcısı Fransa Hava Yolları (“France Air”) Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra, Nigerin paytaxtı Niameyədə uçuşlarını dayandırıb.
Manset.az xəbər verir ki, bu barədə Fransa Hava Yolları (“France Air”) açıqlama yayıb.
Avqustun 11-dək Mali və Burkina Fasoya birləşdirən uçuşların da dayandırıldığı bildirilən açıqlamada, qərarın səbəbi kimi Niger xunta rəhbərliyinin dünən ikinci əmrə qədər ölkədəki hava məkanını beynəlxalq uçuşlara bağlaması göstərilib.
Açıqlamada, son hadisələrə görə Sahel bölgəsindəki digər birləşdirici uçuşların müddətinin uzadıla biləcəyi vurğulanıb.
Həmçinin bildirilir ki, şirkət Afrikaya uçuşlarını yenidən qurmağa hazırlaşır.
Jalə
Manşet.az