"Qurani-Kərim"ə daha bir alçaq hücum: Səfirliklərin qarşısında yandırıldı, polis izlədi

19:43 - 08 Avqust 2023

\"Qurani-Kərim\"ə daha bir alçaq hücum: Səfirliklərin qarşısında yandırıldı, polis izlədi

Qurana qarşı son vaxtlar artan rəzil hücumlara yenisi əlavə edilib.

 

Manset.az Tgrt Haber-ə istinadən məlumat verir ki, islam əleyhinə və irqçi "Danske Patrioter" (Danimarka Patriotları) qruplaşmasının üzvləri Türkiyə, Əlcəzair, Pakistan, İndoneziya və İranın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıblar. Həmişə olduğu kimi bu yaramaz hərəkətlər polisin himayəsi altında həyata keçirib.

Polisin müşayiəti ilə təxribatlarını həyata keçirən qruplaşma üzvləri İslam əleyhinə şüarlar da səsləndiriblər. Qrup bu anları canlı yayımda sosial media hesablarında paylaşıb. Facebook qrupun bəzi videolarını məhdudlaşdırıb.

Digər tərəfdən, Qurana edilən bu hücumlara Türkiyə başda olmaqla bir çox İslam ölkəsindən sərt reaksiyalar gəlmişdi. Bu qanun layihəsinin qəbul edilməsinə baxmayaraq, hücumlar davam edir.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az