Hindistanda daşqın və torpaq sürüşmələrində 72 nəfər öldü

16:29 - 17 Avqust 2023

Hindistanda daşqın və torpaq sürüşmələrində 72 nəfər öldü

Hindistanın şimalında günlərdir yağan aramsız yağışlar azı 72 nəfərin həyatına son qoyub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Himaçal-Pradeş əyalətində xilasedicilər sərt hava şəraitində yağışlar nəticəsində palçıq və dağıntılar altında qalan insanları xilas etməyə çalışır.

Hindistan Meteorologiya Departamenti bölgədə daha bir neçə gün davam edəcəyi gözlənilən güclü leysan yağışları ilə bağlı ciddi xəbərdarlıq edib. Səlahiyyətlilər indiyədək ən azı 72 nəfərin öldüyünü bildirib.

Hindistan Hərbi Hava Qüvvələri və fəlakətlərə cavab qrupları dəniz səviyyəsinə yaxın həssas ərazilərdə insanların evakuasiyasına kömək ediblər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az