ABŞ-da 8 qadın məhbus həbsxanada cinsi təcavüz və zorakılıq iddiası ilə Federal Həbsxanalar Bürosuna qarşı məhkəməyə müraciət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkumları və Kaliforniya Qadın Məhbuslar Koalisiyasını təmsil edən vəkillərin açdığı iddiada həbsxana rəisi və 12 mühafizəçinin adı çəkilib.
Həbsxanadakı səkkiz məhbus həm məhbuslar, həm də işçilər tərəfindən cinsi istismara məruz qaldıqlarını iddia edib. Bildirilib ki, həbsxananın keçmiş direktoru və bir neçə məmur daha əvvəl də mühakimə olunub.
İş materiallarında, həmçinin, məhbusların sui-istifadə halları barədə məlumat vermək üçün təhlükəsiz yerə çıxışı və həbsxanalara müstəqil qurum tərəfindən nəzarət edilməsi tələb olunub.
Aygün
Manşet.az