Çanaqqalada şiddətli meşə yanğını davam edir: 83 nəfər zərər çəkib

12:07 - 23 Avqust 2023

Çanaqqalada şiddətli meşə yanğını davam edir: 83 nəfər zərər çəkib

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada baş verən meşə yanğınında ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator xəstəxanalara yerləşdirilib. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az