Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın BRİKS-ə üzv olmağa dəvət edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “BRIKS-in ortaq valyutası” üçün səylərini davam etdirən birliyin üzv ölkələrin də iştirakı ilə ABŞ dollarının hegemonluğunu qırmaq istiqamətində güclü addım atacağı gözlənilir.
İttifaq tərəfindən 2015-ci ildə yaradılmış Yeni İnkişaf Bankı (NDB) və əvvəllər BRİKS İnkişaf Bankı qlobal sistemdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ aktor kimi seçilir.
Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammitində bildirilib ki, cəmiyyətə dəvət edilən ölkələrin tam üzvlüyünün 1 yanvar 2024-cü ildən başlayacaq.
Bu qərarla yeni ildən etibarən BRİKS-ə üzv ölkələrin sayı 11-ə yüksələcək.
Aygün
Manşet.az