Rus qüvvələrinin Krımda Krım tatar türklərinin evlərində axtarış aparıb və 6 Krım türkünü həbs edib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Krımlı jurnalist Gülsün Xəlilova sosial media hesabında paylaşım edib.
Jurnalist həmin anların görüntülərini də paylaşaraq 6 Krım türkünün həbs edildiyi anları belə izah edib:
“Vətənimiz Krımda Krım-tatar türklərinə qarşı təzyiqlər davam edir. Bu gün səhər Krımda Rusiya qüvvələri Krım tatar türklərinin evində axtarış aparıb və 6 Krım türkünü həbs edib. Krımın işğalından bu yana belə axtarışlar, həbslər aramsız olaraq davam edir... Məqsədləri xalqı qorxutmaq, işğalı qəbul etdirməkdir”.

Ayügün
Manşet.az