Sistan və Bəluçistan əyalətində baş verən güclü toz qasırğası nəticəsində 800 nəfər xəstəxanalara müraciət edib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebi bildirib.
Onun sözlərinə görə bölgədə qasırğa ilə əlaqədar avqustun 21-dən bəri Zabul, Zəhək, Hamun, Hirmənd və Nimruz şəhərlərində 800 nəfər xəstəxanlara müraciət edib. Hazırda isə 83 nəfər xəstəxanaya yerləşdirilib. İnsanlar əsasən tənəffüs, ürək və göz problemlərindən əziyyət çəkir.
Aygün
Manşet.az