Hollandiyanın Haaqa şəhərində avqustun 28-də İbrahim Dəmiri öldürdüyü iddia edilən şübhəli paytaxt Amsterdamdakı Schiphol hava limanında təyyarə havaya qalxmazdan əvvəl polis tərəfindən saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qaçmaq üzrəykən mindiyi təyyarədəki bir sərnişin tərəfindən diqqət çəkib.
Bildirilib ki, bazar ertəsi yerli vaxtla saat 21:20 radələrində Haaqa şəhərinin Orlandostraat şəhərində silahlı hücuma məruz qalan 24 yaşlı İbrahim Dəmir xəstəxanada həyatını itirib. Hücum edən şəxs hadisə yerindən qaçarkən hadisə şahidi avtomobildən 5 atəş açıldığını bildirib. Ailə üzvü Dəmirin daha əvvəl də uşaqlıq dostu ilə mübahisə etdiyini vurğulayıb. Hadisə ilə bağlı başladılan istintaqda şübhəlinin də Haaqada yaşadığı müəyyən edib. Bundan əlavə, şübhəlinin idarə etdiyi güman edilən avtomobil yanmış vəziyyətdə tapılıb.
Faktla bağlı istintaq davam edir.
Aygün
Manşet.az