Baş nazirin jurnalist sevgilisindən şok şərh

15:11 - 31 Avqust 2023

Baş nazirin jurnalist sevgilisindən şok şərh

İtaliyada baş nazir Giorgia Meloninin jurnalist sevgilisinin ölkədəki qrup şəklində zorlama hadisələrinə şərhi şoka salıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Andrea Giambrunonun şərhindən sonra müxalifət partiyaları sərt reaksiya verib.   

Baş nazirin jurnalist sevgilisi bildirib ki, qadınlar çox sərxoş olmamaqla təcavüzdən qaça bilər.

Andrea Giambruno Neapol yaxınlığında və Palermoda baş verən son qrup təcavüz hadisələrindən sonra Rete 4 kanalına müsahibə verib.

Onun sözlərinə görə əgər rəqs etməyə gedirsizsə sərxoş olmağa haqqınız var. Amma sərxoş olmaqdan və huşunuzu itirməkdən çəkinsəniz, bəlkə başınızı bəlaya soxmaqdan da qaçmış olarsınız. Zorlanmaqdan qaçmaq istəyirsinizsə, ilk növbədə huşunuzu itirməyin, ağlınızı başınızda tutun.

Aygün

Manşet.a

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az