Braziliyanı tropik qasırğa 48 can aldı

10:30 - 14 Sentyabr 2023

Braziliyanı tropik qasırğa 48 can aldı

Braziliyanın cənub bölgəsində tropik siklonun törətdiyi sürüşmə və daşqınlarda ölənlərin sayının 48-ə, itkin düşənlərin sayının isə 46-ya yüksəldiyi bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa nəticəsində körpülərə, yollara və infrastruktura böyük ziyan dəyib, 924 nəfərin xəsarət alıb, 340 mindən çox insanın təbii fəlakətdən zərər çəkdiyi bildirilib.

Braziliya mətbuatı qasırğanın ən çox vurduğu Rio Qrande-du-Sul bölgəsinin 93 şəhərində dağıntıların kifayət qədər ciddi olduğunu açıqlayıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az