40 inəyin hücumuna məruz qalan qadın faciə yaşadı

11:50 - 14 Sentyabr 2023

40 inəyin hücumuna məruz qalan qadın faciə yaşadı

Böyük Britaniyaya bağlı Uelsin Uelspul şəhərində bir qadın itləri ilə tarlada gəzərkən 40 inək ona hücum edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerə yıxılan qadının üzərindən təxminən 40 inək keçib və inəklərin ayaqları altında qalan qadın hadisə yerində dünyasını dəyişib.

Yerli polis bildirib ki, qadın 40 inək sürüsünün arasından keçərkən heyvanların hücumuna məruz qalıb. Polis faciəli hadisə ilə bağlı araşdırmaya başlayıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az