ABŞ İranla məhbus mübadiləsinə hazırlaşır

12:49 - 14 Sentyabr 2023

ABŞ İranla məhbus mübadiləsinə hazırlaşır

ABŞ və İran arasında məhbus mübadiləsi sentyabrın 18-i baş tuta bilər.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Bununla belə, sözügedən tarixin dəqiq olmadığı vurğulanıb. 

Xatırladaq ki, “New York Times” qəzetinin daha əvvəl yaydığı məlumata görə, İran və ABŞ iki ölkə arasında məhbus mübadiləsinə dair saziş imzalayıb. Sazişə əsasən, İran, həmçinin 6 milyard dollar həcmində dondurulmuş aktivləri əldə etmək imkanı qazanacaq. Ölkə bu vəsaitləri humanitar məqsədlərlə istifadə edə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az