“Səssiz qatil” kimi tanınan bu yemeyin bir parçası xərçəngə səbəb olur

13:48 - 14 Sentyabr 2023

“Səssiz qatil” kimi tanınan bu yemeyin bir parçası xərçəngə səbəb olur

Taylandda təqdim edilən “Koi Pla” adlı yeməyin ildə 20.000 insanın ölümünə səbəb olduğu güman edilir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Taylandda yaşayan həkim Narong Khuntikeo çiy balıq, göyərti, ədviyyat və limon suyu ilə hazırlanan “Koi Pla”nın xərçəngə səbəb olduğunu müdafiə edib.

Xərçəngə səbəb olan balıqların içərisində yaşayan parazitlər və yastı qurdlardır. Həkim valideynlərini itirdikdən sonra bu yeməyi daha az insanın yeməsi üçün çalışır. Onun sözlərinə görə valideynləri bu məşhur yeməyi yedikdən sonra qaraciyər xərçəngindən vəfat edib.

"Səssiz qatil" adlandırılan xəstəlik, vaxtında müalicə olunmasa, bütün xərçənglər arasında ən aşağı sağ qalma nisbətlərindən biridir.

Həkimlərin dediyinə görə, ölkədə hər il 20 000 insanın çiy balıq və ədviyyatlar yediyi üçün həyatını itirdiyi təxmin edilir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az