Putin “Vaqner”in keçmiş komandiri ilə görüşdü

09:59 - 29 Sentyabr 2023

Putin “Vaqner”in keçmiş komandiri ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner” özəl hərbi şirkətinin keçmiş komandiri Andrey Troşev ilə görüşüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş dünən baş tutsa da, Kreml bu barədə məlumatı bu gün yayıb. 

Bildirilir ki, tərəflər görüş zamanı eləcə də xüsusi hərbi əməliyyat zonasına göndərmək üçün könüllü birləşmələrin yaradılmasını müzakirə ediblər.

Qeyd edək ki, Andrey Troşev ehtiyatda olan polkovnikdir. O, cari il iyunun 23-24-ü “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamını dəstəkləməyib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib ki, o, artıq Müdafiə Nazirliyində işləyir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az