Somalinin Hiran bölgəsində bir bazara bomba yüklü avtomobillə edilən hücumda 6 nəfərin həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Somali polisi hücumda həyatını itirənlər arasında 2 əsgərin olduğu, 15 nəfərin də yaralandığı məlumatını paylaşıb.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, "Əş-Şəbab" terror təşkilatı məsuliyyət daşıyır.
Prezident Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar həyata keçirən “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.
Aygün
Manşet.az