Somalidə bomba yüklü avtomobil bazarda partladı: 6 ölü

16:20 - 29 Sentyabr 2023

Somalidə bomba yüklü avtomobil bazarda partladı: 6 ölü

Somalinin Hiran bölgəsində bir bazara bomba yüklü avtomobillə edilən hücumda 6 nəfərin həyatını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Somali polisi hücumda həyatını itirənlər arasında 2 əsgərin olduğu, 15 nəfərin də yaralandığı məlumatını paylaşıb.

Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, "Əş-Şəbab" terror təşkilatı məsuliyyət daşıyır.

Prezident Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar həyata keçirən “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az