İngiltərədə 300 yaşlı çinarı kəsən yeniyetmə sərbəst buraxıldı

17:16 - 29 Sentyabr 2023

İngiltərədə 300 yaşlı çinarı kəsən yeniyetmə sərbəst buraxıldı

İngiltərənin Northumberland bölgəsində “İlin ağacı” seçilən 300 illik çinar ağacını kəsən 16 yaşlı yeniyetmə girov müqabilində sərbəst buraxılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis rəsmiləri araşdırmanın davam etdiyini bildirib.

Səlahiyyətlilər hadisədən bölgə sakinlərinin çox kədərləndiklərini bildiriblər.

Mütəxəssislər çinarın xilas edilməsinin çətin olduğunu, bəziləri isə cücərtilərin çıxma ehtimalının olduğunu, lakin əvvəlki vəziyyətinə qayıtmayacağını söyləyib. Qeyd olunub ki, hər il bir çox yerli vətəndaşlar və xarici turistlər ağacın fotoşəkillərini çəkmək üçün bölgəyə gəlirdi.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az