İlon Maskın elektrik avtomobil şirkəti Tesla-nın Kaliforniyadakı fabrikində "qara dərili fəhlələrin irqçiliyə məruz qaldığı" iddiası irəli sürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dakı Bərabər Məşğulluq İmkanları Komissiyası qaradərililərin irqçi ifadələrə məruz qaldığını və ağdərili işçilərdən daha çox işləməyə məcbur edildiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.
Digər tərəfdən, komissiya qaradərili işçilərin sözügedən bərabərsizlikdən şikayət etdikdən sonra işdən çıxarıldığını bildirdi.
Tesla menecerlərinin sözügedən pis rəftardan xəbərdar olduqlarını və bu problemi aradan qaldırmaq üçün yetərincə hərəkət etmədiklərini qeyd olunub.
Aygün
Manşet.az