ABŞ Mərkəzi Komandanlığı Fars körfəzindəki SEPAH gəmilərinin bir neçə dəfə ABŞ hərbi helikopterinə lazer şüası yönəltdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının sözçüsü Rik Çerniters SEPAH gəmilərinin hərəkətinə münasibət bildirərkən deyib:
“Bunlar peşəkar donanmanın hərəkətləri deyil. Sepah Hərbi Dəniz Qüvvələrinin təhlükəli, qeyri-peşəkar və məsuliyyətsiz davranışı ABŞ hərbçilərinin və müttəfiqlərinin həyatını təhlükəyə atır və bu addıma dərhal son qoyulmalıdır!".
Qeyd edək ki, hadisədən helikopter zərər görməyib, ölən və yaralanan yoxdur.
Aygün
Manşet.az