İlon Mask Almaniya hökuməti ilə qarşı-qarşıya gəldi - “İşğal hissləri var...”

10:30 - 02 Oktyabr 2023

İlon Mask Almaniya hökuməti ilə qarşı-qarşıya gəldi - “İşğal hissləri var...”

Texnologiya milyarderi İlon Mask Almaniya hökuməti ilə üz-üzə gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İlon Mask Aralıq dənizində fəaliyyət göstərən və qaçqınları xilas edən alman qeyri-hökumət təşkilatlarına aid 8 alman gəmisinin Almaniya hökuməti tərəfindən dəstəklənməsinə reaksiya verib. Alman xalqı bundan xəbərdardır?" mesajını paylaşıb.

Paylaşımdan sonra Almaniya Xarici İşlər Nazirliyinin hesabatında “Bəli. Və buna həyat xilasetmə deyilir” deyə cavab verib. Yazıdan sitat gətirən Mask: “Almaniyanın çoxlu sayda qeyri-qanuni immiqrantı İtaliya ərazisinə daşıması İtaliyanın suverenliyinin pozulması deyilmi? Burada işğal hissləri var...” deyə qeyd edib.

Həmçinin, Mask “Deməli, bununla həqiqətən fəxr edirsiniz. Maraqlıdır. Açığı, alman xalqının əksəriyyətinin bunu dəstəklədiyinə şübhə edirəm. Siz sorğu keçirmisiniz?” – paylaşım edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az