Amerikada kəndlilər yaşayış məntəqələrinə gələn və əkinçilik sahələrini dağıdan donuz sürülərinə qarşı silaha sarıldılar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntüdə gecə donuz sürüsünü ovlamaq üçün silahlanan kəndlilər sözün əsl mənasında qətliam törədiblər.
Qarşılaşdıqları sürüyə güllə yağdıran kəndlilər həmin anların görüntülərini sosial şəbəkədə paylaşıblar.
Görüntülər böyük reaksiyaya səbəb olub.
Aygün
Manşet.az