Kosovo-Serbiya böhranı böyüyür – 600 ingilis əsgər bölgəyə getdi

17:32 - 02 Oktyabr 2023

Kosovo-Serbiya böhranı böyüyür – 600 ingilis əsgər bölgəyə getdi

Kosovo və Serbiya böhranına İngiltərə də daxil olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Serb əsgərlərinin Kosovo sərhədinə yerləşdirildiyini elan etdikdən sonra Kosovo Serbiyanın ilhaq üçün hazırlaşdığını, NATO isə Kosovonun şimalında 600 İngilis əsgərinin yerləşdirildiyini açıqlayıb.

Sentyabrın 24-də Serbiya sərhədində, Kosovonun Banjska bölgəsində serb quldur dəstələrinin həyata keçirdikləri hücumdan sonra iki ölkə arasında böhran yenidən gərginləşib.

ABŞ şənbə günü Serbiyanın Kosovo sərhədində genişmiqyaslı tikinti işləri apardığını açıqlayıb. Kosovo hökuməti Serbiyanı bütün qoşunlarını dərhal geri çəkməyə çağırıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az