Türkiyənin Şırnak bölgəsində PKK/KCK-ya terrorçularına qarşı genişmiqyaslı əməliyyatlar başlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Şırnak polisi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 25 sentyabr - 1 oktyabr tarixləri arasında silahlı terror təşkilatı PKK/KCK-nın şəhər mərkəzi və rayonlardakı hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün İl Təhlükəsizlik Müdirliyi tərəfindən araşdırma aparılıb.
İstintaq zamanı 10 şübhəli saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra 2 şübhəli aidiyyəti bölmələrə təhvil verilib.
Sövq edildikləri ədliyyə binasında ədliyyəyə çıxarılan 6 şübhəlidən 1-i həbs edilib, 5-i isə sərbəst buraxılıb.
2 şübhəlinin polisdə əməliyyatları davam edir.
Jalə
Manşet.az