Türkiyədə  PKK/KCK-ya qarşı əməliyyat başladı: Saxlanılanlar var

19:01 - 02 Oktyabr 2023

Türkiyədə  PKK/KCK-ya qarşı əməliyyat başladı: Saxlanılanlar var

Türkiyənin Şırnak bölgəsində PKK/KCK-ya terrorçularına qarşı genişmiqyaslı əməliyyatlar başlayıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Şırnak polisi açıqlama yayıb.

Açıqlamada bildirilir ki,  25 sentyabr - 1 oktyabr tarixləri arasında silahlı terror təşkilatı PKK/KCK-nın şəhər mərkəzi və rayonlardakı hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün İl Təhlükəsizlik Müdirliyi tərəfindən araşdırma aparılıb.

İstintaq zamanı 10 şübhəli saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra 2 şübhəli aidiyyəti bölmələrə təhvil verilib.

Sövq edildikləri ədliyyə binasında ədliyyəyə çıxarılan 6 şübhəlidən 1-i həbs edilib, 5-i isə sərbəst buraxılıb.

2 şübhəlinin polisdə əməliyyatları davam edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az