"Əks-hücumumuz davam edir, amma..." - Zelenski

17:59 - 04 Oktyabr 2023

\"Əks-hücumumuz davam edir, amma...\" - Zelenski

"Ukrayna ordusunun əks-hücum üçün kifayət qədər silah və hava hücumundan müdafiə sistemləri yoxdur".

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Əks-hücumumuz davam edir, düşməni dəf etmək üçün addım-addım mümkün olan hər şeyi edirik. Problem minalanmış sahələrdir, kifayət qədər mərmi və hava hücumundan müdafiə sistemləri yoxdur. Hava hücumundan müdafiə vasitələri həm əhalinin müdafiəsi, həm də əks-hücum üçün son dərəcə vacib elementdir" - Zelenski Sky TG24-ün efirində deyib.

Onun sözlərinə görə, hərbçilər və əhali üçün çətinliklərin başladığı qışda döyüş meydanında aktivliyi itirməmək son dərəcə vacibdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az