"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar" - Hakan Fidan

17:43 - 04 Oktyabr 2023

\"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar\" - Hakan Fidan

"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar".

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az