Şimali İraqdakı terror hədəfləri məhv edilib
Manset.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) dünən İraqın şimalında həyata keçirdiyi hava əməliyyatının görüntüləri paylaşılıb.
İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror təşkilatına aid 16 hədəfin məhv edildiyi hava əməliyyatı ilə bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.
"Hərbi Hava Qüvvələrimiz dünən gecə İraqın şimalındakı terror hədəflərini belə məhv etdi" qeyd edilən paylaşımda terror təşkilatına aid sığınacaq, bunker və mağaraların vurulduğu anların görüntüləri də yer alıb.
Jalə