2023-cü il Kimya üzrə Nobel Mükafatı laureatlarının adlarının rəsmi açıqlamadan təxminən 4 saat əvvəl elektron poçt vasitəsilə İsveç mətbuatı ilə paylaşıldığı məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveç media orqanları TV4, SVT və TT yerli vaxtla saat 11.45-də rəsmi açıqlamadan təxminən 4 saat əvvəl elektron poçt vasitəsilə press-reliz aldığını və Moungi Gabriel Bawendi, Louis E. Brus və Aleksey İ. Ekimovun kimya üzrə Nobel mükafatı qalibi olduqlarını bildirib.
İsveç Kral Elmlər Akademiyasının baş katibi Hans Ellegren Associated Press (AP) agentliyinə açıqlamasında nə baş verdiyini bilmədiyini bildirib:
“Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir hadisənin baş verməsindən çox təəssüflənirik. Nə baş verdiyini dəqiq deyə bilmərəm, çünki biz də bilmirik”.
Akademiya üzvü Göran Hansson bildirib ki, hər kəsin mükafat sahibləri haqqında eyni anda məlumat əldə etməsi mühüm bir prinsipdir.
“Ancaq rəqəmsal dövrdə sızmalar qəzet çağından fərqli şəkildə baş verə bilər. " dedi. Akademiyadan məsələ ilə bağlı araşdırmaların davam etdirildiyini bildiriblər”.
Aygün
Manşet.az