Hindistanın Sikkim əyalətində baş verən daşqın nəticəsində 14 nəfər həyatını itirib, 23-ü əsgər olmaqla 120 nəfər itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai məlumat verib. Hadisə yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxması nəticəsində baş verib.
10 min insanın bölgədən təxliyə edildiyi və əyalətin 9 fərqli bölgəsində qurulan düşərgələrə aparıldığı bildirilib.
Daşqının "buzlaq gölün daşması" səbəbindən baş verdiyini düşünən səlahiyyətlilər məsələni araşdırır.
Aygün
Manşet.az