Keniyada təqribən 95 qız tələbənin diaqnoz qoyulmamış xəstəlik səbəbilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 95 şagirdin ayağının iflic olduğu, əksəriyyətinin yeriyə bilməyəcəyi, tələbələrin isə tibbi müdaxilə üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.
Aygün
Manşet.az