Norveçli yazıçı Con Fosse Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat paylaşıb.
Dramaturq Fossenin yazdığı əsərlər dünyada ən çox tamaşaya qoyulan pyeslər sırasındadır.
1959-cu ildə anadan olan Fossenin 40 pyesi, çoxlu romanları, esseləri, uşaq kitabları və tərcümələri var.
Fosse. həmçinin, 11 milyon İsveç kronu (1 milyon dollar) məbləğində mükafat alacaq.
Aygün
Manşet.az