Məşhur müğənni ABŞ-ın yeni prezidenti ola bilər: “Trampı məğlub edəcək yeganə namizəd”

16:58 - 05 Oktyabr 2023

Məşhur müğənni ABŞ-ın yeni prezidenti ola bilər: “Trampı məğlub edəcək yeganə namizəd”

ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş köməkçilərindən biri Alyssa Farah Griffin pop ulduzu Taylor Svifti 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə keçmiş prezidentə qalib gələ biləcək "yeganə şəxs" elan edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Trampın keçmiş strategiya direktoru Griffin "The View" proqramında 12 dəfə Grammy mükafatı almış pop ulduzuna sevgisini və keçmiş müdirinə nifrətini bir daha dilə gətirib.

Griffin bir daha Trampa səs verməyəcəyini bildirib:

"Bu, yalnız bir şəkildə sona çatacaq. Biz hamımız Taylor Sviftin pərəstişkarlarıyıq və düzünü desəm, Donald Tramp qalib gəlsə Svift yarışa girməli və onu tamamilə məğlub etməli olacaq. Çünki bunu edə biləcək yeganə şəxs odur”.    

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az