Rusiya Gürcüstandan birtərəfli müstəqilliyini elan etmiş Abxaziyanın Qara dəniz sahilində donanma üçün daimi baza yaradacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Abxaziyanın prezidenti Aslan Bjaniya Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi zamanı məlumat verib. Aslan Bjania Abxaziyada baza yaratmaq üçün Rusiya ilə müqavilə imzalandığını açıqlayıb.
Bjania razılaşmanın sentyabrın 30-da edildiyi barədə məlumat verib:
“Çox ciddi döyüş qabiliyyətinə malik kiçik (Rusiya) raket gəmisi bizə gəldi, gəmiyə mindik. Biz müqavilə imzaladıq. Yaxın vaxtlarda Oçamçire bölgəsində Rusiya donanmasının daimi bazası olacaq”.
Digər tərəfdən, Rusiya Qara dəniz donanmasının bir çox gəmisinin Sevastopoldan Novorossiyskə göndəriləcəyi iddia edilib.
Aygün
Manşet.az