80 il beynində iynə ilə yaşadı – Bu səbəbdən  

17:43 - 05 Oktyabr 2023

80 il beynində iynə ilə yaşadı – Bu səbəbdən  

Rusiyada 80 yaşlı qadının doğuşdan bəri beynində təxminən 3 santimetr uzunluğunda iynə ilə yaşadığı müəyyən edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Saxalinin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub. Bildirilib ki, rentgen müayinəsi nəticəsində qadının beyninin sol tərəfində iynə aşkar edilib. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Müayinə zamanı iynənin doğuşdan bəri qadının başında olduğu öyrənilib. Təxmin edilib ki, valideynlər aclıq zamanı uşaqlarını öldürmək üçün iynədən istifadə ediblər. Öldürmə cəhdi baş tutmayandan sonra isə bunu unudublar.

Nazirlikdən verilən açıqlamada qıtlıq dövründə yeni doğulan uşaqların başlarına iynə vurularaq öldürülməsinin adi hal olduğu deyilib. Qadının təxminən 1943-cü ildə anadan olduğu da bildirilib. Həkimlər həyatında heç vaxt başı ağrısı keçirməyən qadının kəllə sümüyündən iynəni çıxarmayacaqlarını, çünki mümkün cərrahi müdaxilə riskləri olduğunu açıqlayıb. Qadının səhhətinin yaxşı olduğu bildirilib. Rusiyanın cənub-şərq sahillərində yerləşən Saxalin adasında 500 minə yaxın insan yaşayır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az