Monteneqronun tənbəllik olimpiadası adlanan yarışmasının 49-cu günündə qaliblər məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lidiya Markoviç və Filip Knezeviç avqustun 18-də ölkənin yumoristik ənənələrindən biri olan “uzun yatan” müsabiqəsində 1000 avro qazanaraq “ən tənbəl vətəndaş” adını bölüşüblər.
Bu il 12-ci dəfə keçirilən müsabiqənin qalibləri 1200 saata yaxın yataraq müsabiqə rekordu qırıblar.
Əvvəlki illərdə yarışma bir neçə gün davam edirdi. İştirakçılara yatmaq, yemək-içmək ehtiyaclarını ödəmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verilir, ayağa qalxmaq qayda pozuntusu hesab olunur. Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəyə bilirdilər.
Aygün
Manşet.az