Almaniyada bomba həyəcanı - İnsanlar məscidə sığındı

09:57 - 06 Oktyabr 2023

Almaniyada bomba həyəcanı - İnsanlar məscidə sığındı

Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bomba qruplar tərəfindən zərərsizləşdirilərkən vətəndaşlar Türk İslam Diyanət İşləri Birliyinə bağlı Mərkəz Məscidinə sığınıb.

Bombanın zərərsizləşdirilməsi üçün genişmiqyaslı təxliyəyə başlanılıb. Bələdiyyə orqanlarından verilən açıqlamaya görə 5 min 400 adam təxliyə edilib.

Məsələ ilə bağlı DİTİB sədri Məhərrəm Kuzey açıqlama verib:

"Qonşularımızın üzünə qapımız hər zaman açıqdır. Onları öz evlərindəymiş kimi qonaq edib ehtiyaclarını qarşılamağa çalışacağıq. İnşallah mümkün qədər tez zərərsiz bir şəkildə təhlükəsizlik prosesi tamamlanar."

Proses zamanı bölgədən keçən bəzi yollar bağlanıb. Bombanın qruplar tərəfindən zərərsizləşdirildiyi açıqlanıb.

Aygün

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az