Ən qədim insan ayaq izlərinin yaşı müəyyənləşdi

11:49 - 06 Oktyabr 2023

Ən qədim insan ayaq izlərinin yaşı müəyyənləşdi

Nyu-Meksiko ştatının White Sands şəhərindəki antik izlərin 21.500 il yaşı olduğu müəyyənləşib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildən elm adamları qədim ayaq izlərinin araşdırılması üçün yeni bir komanda ilə daha ciddi tanışlıq həyata keçirərək mübahisəli nəticəni təsdiqləyib.

Beləki, ayaq izlərinin ən az 21 min 500 il yaşı olduğu açıqlanıb.

21.000 ilə 23.000 il əvvələ aid olan ayaq izlərini müəyyən edən orijinal tarix daşlaşmış izlərdə aşkar olunan Ruppia cirrhosa (spiral xəndək otu) adlı su bitkisinin toxumlarının tapılması olub.

Tədqiqata rəhbərlik edən ABŞ Geoloji Xidmətinin (USGS) geoloqu Kathleen Springer bildirib ki,  bu araşdırma insanların Şimali Amerikada sonuncu Buzlaq dövründə mövcud olduğu qənaətini açıq şəkildə dəstəkləyir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az