Urmiya gölünün bərpasını Allaha tapşırmışıq - Əlipur

17:50 - 06 Oktyabr 2023

Urmiya gölünün bərpasını Allaha tapşırmışıq - Əlipur

Urmiya gölündə ekoloji vəziyyəti faciəvi durumdadır.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin Maku, Çaldıran və Poldəşt şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur yerli mediaya müsahibəsində deyib.

O, gölün tamamilə quruduğunu, bir neçə kiçik hissədə az miqdarda su qaldığını və payız yağıntılarının normal olacağı təqdirdə suyun nisbi artacağını bildirib:

"Ekoloji vəziyyət fəlakət səviyyəsinə çatıb. İş bizim əlimizdən çıxıb, artıq Allahın ümidinə qalıb".

Qeyd edək ki, Məhəmməd Əlipur parlament seçkiləri ərəfəsindəki təbliğat-təşviqat kampaniyasında Urmiya gölünün bərpa ediləcəyini seçicilərə söz vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az