Ermənistanda vəziyyət günü-gündən pisləşir. İnsanların sosial rifahı olduqca aşağı düşüb. Üstəlik ölkədə, xüsusən paytaxt İrəvanda yanacaq çatışmır.
Manset.az TASS agentliyinə istinadən xəbər verir ki, rəsmi İrəvan Rusiya hökumətinə müraciət edib və yanacaq yardımı istəyib.
Ermənistanın rəsmi müraciətinə Kreml müsbət cavab verib. Söhbət 15 min ton benzin və 20 min ton dizel yanacağından gedir.