Liviya Fətva İdarəsi oktyabrın 7-dən Qəzzaya hücumlar həyata keçirən İsrailə dəstək verən şirkətləri boykot etməyə çağıran fətva verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Liviya Fətva Təşkilatı İsrailin Fələstini işğalına dəstək verən Qərb şirkətlərinin botkot edilməsini istəyib.
Fətvada “Müsəlman dövlətləri və millətləri Qəzzaya hər cür dəstəyi versinlər” çağırışı ilə yanaşı, iqtisadi sahədə də dəstək istəyib.
Fətvada Qəzzəyə dəstək vermənin idarə edənlər və idarə olunanlar da daxil olmaqla bütün müsəlmanlar üçün bir “borc” olduğu vurğulanıb.
Fətvada qeyd olunub ki, İsraili boykot etmək, pul və silahla təmin etmək, iqtisadi və diplomatik sahədə mübarizə aparmaq, etiraz aksiyaları keçirmək və digər müasir vasitələrdən istifadə etmək Fələstinə dəstək sayılır.
Fətvada bildirilib ki, Liviya Dövlət Şurası, Baş Nazir, Mərkəzi Bank, dövlət neft şirkəti və bütün dövlət qurumları İsrailə silah, pul və sursat dəstəyi verən bütün Qərb şirkətləri və hökumətləri ilə əlaqələri kəsməlidir.
Əfsanə
Manşet.az