İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Guido Crosetto məlumat verib.
O, İtaliya donanmasına aid xəstəxana gəmisinin Qəzzadakı yaralılara kömək etmək üçün bu gün bölgəyə yola düşəcəyini bildirib.
Crosetto gəmidə 30-u sağlamlıqla bağlı fövqəladə hallara cavab verən mütəxəssis olmaqla cəmi 170 personalın olacağını vurğulayıb.
İtaliyanın müdafiə naziri regiona humanitar yardım göndərən ilk ölkələr sırasında olduqlarını da bildirib.