Qaribaşvili Makronla Cənubi Qafqazı müzakirə etdi

21:36 - 09 Noyabr 2023

Qaribaşvili Makronla Cənubi Qafqazı müzakirə etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Fransa prezidenti Emmanuel Makronla görüşüb.

 

Manset.az  xəbər verir ki, görüş zamanı Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının qəbul etdiyi qərar müzakirə olunub.

Gürcüstanın baş naziri qeyd edib ki, bu, tarixi qərardır və Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqı Şurasından status almağı gözləyir. O vurğulayıb ki, bu qərar Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək.

Tərəflər iki ölkə arasında əməkdaşlığı müzakirə edib, onun müxtəlif sahələrdə dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşdə regionda və dünyada təhlükəsizlik məsələləri də müzakirə olunub.

İki ölkənin liderləri Gürcüstanın Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsində oynaya biləcəyi müsbət rolu qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az