"Tezliklə yaxşı xəbər alacağımıza ümid edirik" - Netanyahu

18:05 - 21 Noyabr 2023

\"Tezliklə yaxşı xəbər alacağımıza ümid edirik\" - Netanyahu

Bu gün  Netanyahu cəbhəyə gedib və  İsrail əsgərlərini ziyarət eib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu əsgərlərlə görüş zamanı  başda əsir mübadiləsi olmaqla gündəmlə bağlı açıqlamalar verib.

Məhbus mübadiləsi razılaşması ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirən Netanyahu, "Tezliklə yaxşı xəbər alacağımıza ümid edirik" deyib.

Digər tərəfdən, Netanyahunun əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün bu gün axşam saatlarında əvvəlcə Hərbi Nazirlər Kabinetini, sonra isə Təhlükəsizlik Kabinetini toplayacağı bildirilib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu gün verdiyi açıqlamada İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasının "bu günə qədər ən yaxın nöqtəyə çatdığını" və "kritik və son mərhələyə" çatdığını bildirib.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az