Nurjan Altayev həbs olundu - FOTO

19:51 - 21 Noyabr 2023

Nurjan Altayev həbs olundu - FOTO

Astana məhkəməsi Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Nurjan Altayevi xüsusən külli miqdarda rüşvət aldığına görə 10 il müddətinə azadlıqdan məhrum edib.

 

Manset.az Trend-ə istinadən bildirir ki, bu barədə Astana məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq materiallarına görə, keçmiş nazir müavini 2018-2020-ci illərdə "Atameken" milli sahibkarlar palatasının maraqlarının himayədarlığı və lobbiçiliyi ilə məşğul olmaqda ittiham olunur.

Altayevin buna görə qeyri-kommersiya təşkilatının rəhbərindən 115 milyon dollar və 8,1 milyon təngə rüşvət aldığı müəyyən edilib.

Cinayət faktları yazışmalarla, həmçinin şahid ifadələri, ekspertizalar və digər qeydlərlə sübuta yetirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az