Hizbullah İsrailin hərbi zavodunu vurdu

21:18 - 21 Noyabr 2023

Hizbullah İsrailin hərbi zavodunu vurdu

Hizbullah İsrailin hərbi zavodunu və iki döyüş hissəsini vurduğu barədə məlumat yayıb.

 

Manset.az xəbər verir ki, məlumatda bildirilir ki, İsrailin Livanın Nəbatiya əyalətinin Kefur bölgəsindəki alüminium fabrikinə əvvəlki hücumuna cavab olaraq, Hizbullah İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkətini  hədəfə alaraq, Rafaelin fabrikinə reketlərlə hücum edib. 

Hücumdan sonra fabrikdə yanğının başladığı bildirilib.

Hizbullah başqa bir açıqlamada Beytul-Həlil döyüşündə İsrailin ərazisinin Katyuşa raketi ilə vurulduğunu, Avivim qəsəbəsindəki bir evdəki obyektlərin isə idarə olunan raketlə vurulduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 8-də İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmada 77 Hizbullah üzvü həlak olub. 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az