İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır

12:22 - 22 Noyabr 2023

İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır

Ötən həftə istefaya göndərilən ChatGPT-nin yaradıcısı “OpenAI” şirkətinin Baş direktoru Sem Altman öz vəzifəsinə qayıdacaq. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət öz “X” hesabında paylaşıb. 

Bununla yanaşı, şirkət direktorlar şurasının tərkibində də dəyişikliklər edəcək. 

Xatırladaq ki, S.Altman istefaya göndərildikdən sonra onun “Microsoft Corp.” da işə başlayacağı məlum olub. Noyabrın 20-si isə “OpenAI” şirkətinin əməkdaşlarının əksəriyyəti açıq məktub yazaraq Altmanın vəzifəsinə geri qaytarılmasını tələb ediblər. Əməkdaşlar əks halda onun kimi “Microsoft”a gedəcəklərini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az