Koreya Respublikası hökuməti ölkə daxilində artan it ətinin istehlakını dayandırmaq üçün tədbirlər görüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunun üçün Koreya Respublikasında heyvan hüquqları təşkilatlarının tələbi ilə hakim Xalq Gücü Partiyası it ətinin istehlakını qadağan edən qanunun qəbulu üçün hərəkətə keçib.
Hazırlanan layihəyə əsasən, 2027-ci ildə it ətinin istehlakının qadağan edilməsi planlaşdırılır.
Xalq Gücü Partiyasından Yu Eui-dong, "İt əti istehlakının yaratdığı sosial xəstəliklərə son qoymağın vaxtı gəldi. Son zamanlar ev heyvanları olan insanların sayı artmaqdadır və beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Koreyada ət istehlakını qadağan etmək üçün təzyiqlər artır” deyib.
Əfsanə
Manşet.az